Azərbaycanda koronavirusa yoluxanların sayı 15 mini keçib.
Modern.az xəbər verir ki, bu gün ölkədə daha 517 nəfər koronavirusa yoluxub, bununla da ümumi say 15 369-a çatıb.
Onlardan 8 364-ü sağalıb, aktiv xəstələrin sayı isə 6818-dir.
Azərbaycanda indiyədək 187 nəfər Covid-19-un qurbanı olub.