Modern.az

Bioloji Təbabət Klinikasında əməkdaşlar qızdırma ilə işə gəlir

Bioloji Təbabət Klinikasında əməkdaşlar qızdırma ilə işə gəlir

Aktual

29 İyun 2020, 14:20

Bioloji Təbabət Klinikasının bir neçə əməkdaşının koronavirusa yoluxduğu, baş həkimin isə hamını işə gəlməyə məcbur etdiyi barədə məlumatlar yayılıb.

İddia olunur ki, bəzi tibb işçiləri rəhbərliyin tələbilə hətta qızdırma və öskürək əlamətlərilə işə gəlirlər.

Bioloji Təbabət Klinikasının İnsan Resursları Departamentinin direktoru Teymur Əliyev isə Modern.az-ın sorğusuna cavab olaraq əməkdaşlarda koronavirusa yoluxma halının qeydə alınmadığını bildirib.


T.Əliyev qeyd edib ki, klinika tam şəkildə fəaliyyət göstərir:

“Əməkdaşlarımızdan kimsə virusa yoluxmayıb. Amma özündə hansısa simptomlar hiss edənlər, əməkdaşımız olmayan vətəndaşlar var ki, bizim klinikada Kompüter Tomoqrafiyası (KT) vasitəsilə müayinə olunurlar”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə