Modern.az

Bağlanan bankların əmanətçilərinə ödənilən kompensasiyanın məbləği açıqlandı

Bağlanan bankların əmanətçilərinə ödənilən kompensasiyanın məbləği açıqlandı

Aktual

29 İyun 2020, 15:02

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Atabank” ASC, “Amrahbank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-nin 8,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 29 iyun 2020-ci il tarixinə “Kapital Bank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC vasitəsilə 100,4 milyon manat kompensasiya ödəyib.

 

Modern.az xəbər verir ki, ləğv prosesində olan “Atabank” ASC və “Amrahbank” ASC-nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir. 

 

Ləğv prosesində olan “AG Bank” ASC və “NBC Bank” ASC- nin əmanətçilərinə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir. 

 

Qeyd olunur ki, “Əmanətlərin sığoratalanması haqqında" qanunun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin SSRİ üçün ƏMR VERDİ - Bakını gözləyən təhlükə