Modern.az

Baş nazir yeni qərar İMZALADI

Baş nazir yeni qərar İMZALADI

Aktual

18 İyul 2020, 17:01

Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin yaradılması haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

 

Modern.az xəbər verir ki, dəyişikliklə “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Tədris Mərkəzinin adındakı “Tədris” sözü “Təhsil” sözü ilə əvəz edilib.

Eyni zamanda, qərarın II hissəsi yeni redaksiyada verilib:

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə Peşə Təhsil Mərkəzinin fəaliyyətə başlaması üçün müvafiq tədbirlər görməlidir”

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV