Modern.az

"Qarabağ"dan  əzmkar qələbə 

Aktual

18 İyul 2020, 20:05

Azərbaycanı avrokuboklarda təmsil edəcək iki komanda - "Qarabağ"la "Keşlə" bu gün yoxlama görüşündə üz-üzə gəlib.

 

Modern.az-ın məlumatına görə, müvafiq olaraq Çempionlar Liqası və Avropa Liqasında mübarizə aparacaq klublar Qəbələ şəhər stadionunda qarşılaşıblar.

 

Rəvan Həmzəzadənin idarə etdiyi oyunda komandalar hərəsi 30 dəqiqədən ibarət 3 hissə mübarizə aparıblar. Matçda hesabı Premyer Liqanın bürünc mükafatçısı açsa da, çempion əzmkar qələbə qazanıb. 

 

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasına hazırlığı Qəbələdə, "Keşlə" isə Avropa Liqası üçün toplanışı Şamaxıda keçir.

 

Yoxlama görüşü


18 iyul
17:30. "Qarabağ" - "Keşlə" - 3:1


Filip Ozobiç (2), Mahir Emreli - Aleksandr Kristovao

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV