Pakistanın Azad Kəşmir ştatının Mirpur rayonundakı şadlıq sarayının binasının çökməsi nəticəsində ən azı 3 nəfər ölüb, daha 19 nəfər dağıntılardan xilas edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Geo.tv telekanlı bildirib.

 

Qeyd edək ki, bundan əvvəl 15 nəfərin xəsarət alması barədə məlumat verilmişdi.

 

Bildirilib ki, hadisə zamanı 50-dən çox işçi binanın yenidən qurulması ilə məşğul olub.Ölənlər arasında binanın sahibi və oğlu da olub.