Modern.az

Biz Qubadlıya mütləq qayıdacağıq

Biz Qubadlıya mütləq qayıdacağıq

Aktual

31 Avqust 2020, 13:48

Bu gün Qubadlı rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 27 il ötür.

 

O Qubadlı ki biz 27 ildir o torpağa ayaq basa bilmirik.

 

İnzibati vahid kimi 1933-cü ildə yaradılan Qubadlı rayonunun 35 mindən çox əhalisi respublikanın 42 rayonunda məcburi köçkün həyatı yaşayır.

 

 Ermənistan dövləti hələ də təcavüzkar siyasətini davam etdirir. Ancaq düşmən tərəfi unudur ki, Azərbaycanın öz totpaqlarına qovuşacağı gün uzaqda deyil.

 

Bu gün Azərbaycan dövləti güclü iqtisadiyyata malikdir. Yüksələn xətlə davam edən inkişaf göz önündədir. Eyni zamanda, hər bir dövlətin ayaqda qalması üçün güclü iqtisadiyyat və ordunun olması mütləq lazımdır. Sevindirici haldır ki, bu gün bir çox dövlətlər Azərbaycanla ayaqlaşır. Çünki ölkəmizin bütün sahələrdə həyata keçirtdiyi işlər buna zəmin yaradır.

 

Bu gün  hər birimiz ümidliyik. Ümidliyik ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qubadlıya gedəcəyimiz  gün uzaqda deyil. Cənab Prezidentin apardığı uğurlu xarici siyasət nəticəsində tezliklə işğal altında olan torpaqlarımız düşməndən azad olunacaq. Xalq olaraq hər birimiz o günü gözləyir, o günün yaxında olduğuna inanırıq.

 

Biz Qubadlıya mütləq qayıdacağıq!

 

O gün lap yaxındadır.

 

İmamverdi İsmayılov Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV