Modern.az

Bakıda gözəllik salonundan oğurluq edən şəxs tutuldu

Bakıda gözəllik salonundan oğurluq edən şəxs tutuldu

Aktual

31 Avqust 2020, 14:06

Bakıda oğurluq hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

 

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi və Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, avqustun 5-də Nəsimi rayonu ərazisindəki gözəllik salonlarının birindən 1421 manat pul və 80 manat dəyərində mobil telefon oğurlanıb.

 

Qeyd olunub ki, hadisəni törətməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov Qax rayonu ərazisində saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV