Modern.az

Azərbaycanlı jurnalistə İstanbulda vəzifə verildi

Azərbaycanlı jurnalistə İstanbulda vəzifə verildi

Aktual

31 Avqust 2020, 15:06

Hazırda Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərif İstanbulda Mübariz İbrahimov adına Azərbaycan məktəbinin müdiri vəzifəsinə təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə M.Şərif özünün “Facebook” səhifəsində məlumat yayıb.

 

M.Şərif bildirib ki, kitablar Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə Təhsil Nazirliyi tərəfindən göndərilir: 

 

“Bu gündən Türkiyədə yeni tədris ili başladı. Distant təhsilə start verildi. Biz də Mübariz İbrahimov adına Azərbaycan məktəbi olaraq tam gücümüzlə uzaqdan tədrisə başladıq. Eyni zamanda da ənənəvi təhsilə hazırlıqlarımız davam edir... Məktəbimizdə hər şey yenilənib. İnsallah,  virus bəlası çəkilər və bizə şagirdlərimizə üz-üzə görüşmək nəsib olar.
Məktəbimizdə tədris Azərbaycanın təhsil proqramı ilə keçiriləcək. Məqsəd burda işləyən, yaşayan Azərbaycan ailələrinin uşaqlarının təhsildən kənar qalmamasıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV