Bərdə sakini olan 17 yaşlı qızın qaçırılması cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri oldu.
Modern.az “Gender Hub Azerbaijan” platformasına istinadən xəbər verir ki, azyaşlı qızı əvvəllər bir neçə dəfə evli olmuş Nurlan İskəndərli adlı şəxs qaçırıb.
Ailəsi tərəfindən dəfələrlə polisə şikayət edilsə də heç bir nəticə yoxdur. Azyaşlı qızın valideynləri onun hədə-qorxu ilə saxlanıldığını bildirirlər.
Məsələ ilə bağlı Nurlan İskəndərlinin keçmiş həyat yoldaşı çıxış edib.