Ermənistan müxalifətinin əsas simalarından biri, “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyan açıqlama verib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Nikol Paşinyan iqtidarını sərt tənqid edərək ölkənin ağır durumua düşdüyünü diqqətə çatdırıb.
“İnsanlar uçurumun kənarındadır. Bu gün istənilən məmur, rəhbər, vəzifəli şəxs xalqla görüşməli, onun problemləri ilə maraqlanmalı, həll yolu təklif etməlidir”-deyə Tsarukyan açıqlama verib.
O, hakimiyyətin xalqla danışıqlara getməməsini sərt tənqid edib.