Modern.az

Fatih Terimdən “Neftçi”yə rəqib olmalarına reaksiya:  “Can qardaşlarımızı tapdıq” - VİDEO

Fatih Terimdən “Neftçi”yə rəqib olmalarına reaksiya:  “Can qardaşlarımızı tapdıq” - VİDEO

Aktual

31 Avqust 2020, 20:27

Türkiyə "Qalatasaray"ının baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə rəqib olmalarına qeyri-adi formada reaksiya verib.

Modern.az  xəbər verir ki, püşkatma mərasimini canlı izləyən 67 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin adını görəndə buna çox sevinib.

"Neftçi" ilə rəqib olduq? Yaxşıdır. Heç olmasa, həmyerlilərimizi, can qardaşlarımızı tapdıq", -  Fatih Terim  bildirib.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?