Modern.az

Goranboyda avtomobil qəzası: ölən və yaralanan var

Goranboyda avtomobil qəzası: ölən və yaralanan var

Aktual

31 Avqust 2020, 22:12

Goranboy rayon Safıkürd kəndində 1 nəfərin ölümü daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Modern.az xəbər verir ki, hərəkətdə olan minik avtomobilinin ağaca çırpılması nəticəsində, 1993-cü il təvəllüdlü Samir Xanlarov hadisə yerində ölüb. Avtomobildə olan digər şəxs, 20 yaşlı Əli Məmmədov isə müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya aparılıb.

Yaralı ağır kəllə-beyin travması alıb və vətandaşlar tərəfindən Goranboy Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb. (Report)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?