Modern.az

Tovuz sakini həmkəndlisini bıçaqlayıb

Tovuz sakini həmkəndlisini bıçaqlayıb

Aktual

31 Avqust 2020, 23:13

Tovuzda iki həmkəndlinin mübahisəsi birinin bıçaqlanması ilə nəticələnib.

Modern.az xəbər verir ki, Tovuz rayon İbrahim Hacılı kənd sakini, 1993-cü il təvəllüdlü Leysan Kazımov mübahisə zəminində həmkəndlisi, 1987-ci il təvəllüdlü Araz Əmiraslanov tərəfindən bıçaqlanıb. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Bıçaq daxilə keçmədiyindən onun vəziyyəti qənaətbəxş hesab olunur.

Hadisəni törətməkdə şübhəli bilinən A.Əmiraslanov isə polis şöbəsinə aparılıb.

Fakta bağlı araşdırmalara başlanılıb. (Report)

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!