Modern.az

Bərdədə ikimərtəbəli ev yandı

Bərdədə ikimərtəbəli ev yandı

Aktual

7 Sentyabr 2020, 18:10

Bərdə rayonunda ümumi sahəsi 240 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a bildirilib ki, hadisə nəticəsində evin ikinci mərtəbəsində 3 otaq və dam örtüyü 120 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!