Modern.az

Azərbaycanlı futbolçu Türkiyə liqasında oynayacaq

Azərbaycanlı futbolçu Türkiyə liqasında oynayacaq

Aktual

16 Sentyabr 2020, 00:14

“Qarabağ”dan ayrılandan sonra klubsuz qalan Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayevin yeni komandası rəsmən müəyyənləşib.

Modern.az xəbər verir ki, millimizin üzvü Türkiyənin 1-ci Liqa təmsilçisi “Boluspor”a transfer olunub.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Araz Abdullayev daha öncə Yunanıstanda “Panionios” və “Anortosis” klublarında legioner həyatı yaşayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?