Modern.az

Qayığın batması nəticəsində 25 miqrant öldü

Qayığın batması nəticəsində 25 miqrant öldü

Aktual

16 Sentyabr 2020, 00:27

Liviya sahilləri yaxınlığında qayıqların qəzaya uğraması nəticəsində 25-dən çox miqrant ölüb.


Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının rəsmi nümayəndəsi Səfa Msexli bildirib.

“Liviyanın Mühafizə Xidməti 3 qayıq saxlayıb. Onlardan biri çevrilib. Boğularaq ölən iki nəfərin meyitini sudan çıxarıblar, bir neçə nəfər sağ-salamat xilas edilib. 22 nəfər isə itkin düşüb. Xilas edilən 45 nəfər rezin qayıqlarda sahilə çıxarılıb”, - S.Msexli vurğulayıb.

Xilas edilənlərin əksəriyyəti Misir və Mərakeş vətəndaşlarıdır.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?