Modern.az

“Azəriqaz”da yeni TƏYİNAT

“Azəriqaz”da yeni TƏYİNAT

Aktual

16 Sentyabr 2020, 14:53

“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, baş direktor Ruslan Əliyevin əmri ilə Rəşad Mübariz oğlu Cavadov Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi təyin edilib.

 

Qeyd edək ki, Rəşad Cavadov bu təyinata qədər “Azəriqaz” İstehsalat Birliyinin Abonent bazasına xidmət şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

 

Xatırladaq ki, Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsində çalışmış Hüseyn Şirinov isə bu günlərdə tutduğu vəzifədən azad edilərək Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?