Modern.az

Tərtərdə avtomobillə vurulan atlı öldü

Tərtərdə avtomobillə vurulan atlı öldü

Aktual

16 Sentyabr 2020, 16:28

Tərtər rayonu ərazisində yol-nəqliyyat hadisəsi olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sentyabrın 15-də saat 20 radələrində Tərtər rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolun kənarı ilə atla hərəkət edən Bərdə rayon sakini Asif Süleymanov vurulub.

 

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Süleymanov orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycan-Türkiyə qardaşlığı vurulur - NƏYİ GÖZLƏYİRİK? - Modern.az