Modern.az

Gürcüstanda yaşayan ermənilər türkiyəli sürücülərə hücum edib

Gürcüstanda yaşayan ermənilər türkiyəli sürücülərə hücum edib

Aktual

10 Oktyabr 2020, 00:21

Gürcüstanda yaşayan ermənilər Türkiyə dövlət nömrə nişanlı beynəlxalq yük daşınmalarını həyata keçirən avtomobillərin hərəkətinə mane olub, sürücüləri və avtomobillərə daşla hücum ediblər.

Modern.az xəbər verir ki, hadisə ermənilərin daha çox məskunlaşdıqları Samtsxe-Cavaxetiya bölgəsində baş verib. Nəticədə yük avtomobillərinə ziyan dəyib, sürücülər xəsarət alıblar. Bundan sonra sürücülər Türkiyədən Gürcüstana “Akdaş” sərhəd-keçid məntəqəsinə keçməkdən imtina ediblər.
 

Sürücülərin Türkiyə-Gürcüstan “Sarpi” sərhəd keçid məntəqəsinə gəlmələri səbəbindən bu məntəqədə ciddi sıxlıq və tıxac yaranıb. Hazırda “Sarpi” sərhəd keçid məntəqəsində uzunluğu bir neçə kilometrə çatan tıxac yaranıb.

Gürcüstan tərəfi hələlik məsələyə münasibət bildirməyib.

Gürcüstan Azərbaycanlı Konqresinin sədri Hüseyn Yusubov məsələ ilə əlaqədar AzərTAc-a bildirib ki, ermənilər bu yolla öz çirkin niyyətlərini yenidən ortaya qoyublar.

H.Yusubov deyib: “Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etmək məqsədilə həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları Gürcüstanda yaşayan erməniləri də qorxuya salıb. Gürcüstanda yaşayan ermənilər savaşın daha da genişlənməsi və Gürcüstanı da bu münaqişəyə cəlb etmək üçün çox iyrənc hərəkətlərə əl atıblar. Amma unutmasınlar ki, Gürcüstanda yaşayan azərbaycanlılar da Ermənistana gedən yük avtomobillərini yolunu bağlaya bilər. Əgər ermənilər tez bir zamanda bu çirkin əməllərindən əl çəkməsələr biz də adekvat addım atacağıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV