Modern.az

Abşeronda yaşayış binasında yanğın - 20 nəfər təxliyə olunub

Abşeronda yaşayış binasında yanğın - 20 nəfər təxliyə olunub

Aktual

10 Oktyabr 2020, 09:15

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yanğın baş verib.

 

Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 75 kv/m olan mənzilin yanar konstruksiyaları 25 kv/m sahədə yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi