Modern.az

Koronavirusa yoluxan mer nitq qabiliyyətini itirdi

Koronavirusa yoluxan mer nitq qabiliyyətini itirdi

Aktual

10 Oktyabr 2020, 10:23

Xarkov meri Gennadi Kernes koronavirusa yoluxduqdan sonra nitq qabiliyyətini itirib.

 

Modern.az ZIK telekanalına istinadla xəbər verir ki, bu barədə onun vəkili Anatoli Rodzinski xəbər verib.

 

O bildirib ki, buna şəhər rəhbərinin insult keçirməsi səbəb olub.

 

“İnsulta görə - insult isə beyinə qan sızmasıdır, o beyin zədələnməsi səbəbindən danışa bilmir, yəni nitq qabiliyyətini itirib”, - deyə Kernesin nümayəndəsi bildirib. 

 

Vəkil vurğulayıb ki, hazırda beyin zədəsi olan insanın nə dərəcədə aydın düşünə biləcəyi ilə bağlı şübhələr yaranıb.

 

Bununla belə, ukraynalı merin həyati təhlükəsinin olmadığı qeyd edilib.

 

Qeyd edək ki, sentyabrın 17-də ukraynalı mer COVID-19-a yoluxma nəticəsində ikitərəfli sətəlcəm diaqnozu ilə Almaniyaya “Charite” klinikasına yerləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV