Modern.az

Ermənistanda koronavirusdan ölənlərin sayı 1 016-ya yüksəldi

Ermənistanda koronavirusdan ölənlərin sayı 1 016-ya yüksəldi

Aktual

10 Oktyabr 2020, 11:16

Ermənistanda daha 649 nəfərdə koronavirus aşkarlanıb.

 

Modern.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

 

Bununla da Ermənistanda virusa yoluxanların sayı 55 736-yə yüksəlib.

 

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 1 016-ya çatıb. İndiyədək 45 771 nəfər infeksiyadan sağalıb.

 

Hazırda Ermənistanda 8 646 aktiv koronavirus xəstəsi var.

Sizə yeni x var
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi