Modern.az

Xətai rayonunun bir hissəsində su olmayacaq

Xətai rayonunun bir hissəsində su olmayacaq

Aktual

10 Oktyabr 2020, 12:52

Gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

 

Modern.az xəbər verir ki, bu barədə, “Azərsu” ASC-dən məlumat verilib.

 

Belə ki, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar rayonun Lütfi-zadə (keçmiş Telnov), Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov, Nəsirəddin Tusi küçələrinə, həmçinin, Gəncə prospekti və Seyid Əzim Şirvani küçəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Sizə yeni x var
Keçid et
İranda yenə ARA QARIŞDI - Əhali ayağa qalxdı