Modern.az

Hikmət Hacıyev: “Yüksək yoluxma bizi narahat edir”

Hikmət Hacıyev: “Yüksək yoluxma bizi narahat edir”

Aktual

19 Noyabr 2020, 14:15

“Son brifinqlər əsasən Vətən müharibəsinə həsr olunurdu. Amma COVID-19 cəbhəsindəki düşməni də unutmamalıyıq”.

Modern.az xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

H.Hacıyev qeyd edib ki, qonşu ölkələr-Rusiya,Türkiyə, Gürcüstanda yüksək yoluxma tendenaiyası müşahidə olunur:

"Bu, ölkəmizi də narahat edir. Azərbaycanda da gündəlik əsasda yoluxma sayları 2 mindən çoxdur, ölüm sayları artıb. Ölkəmizin tibb sisteminin əsasən yaralı əsgərlərimizin sağaldılmasına həsr olunduğundan, COVİD-ə yoluxma bizi narahat edir. İntensiv terapiya yerlərinin məhdudlaşması bizi karantin rejiminin sərtləşdirilməsinə gətirib çıxardı. Sərtləşdirmə 21 noyabrdan etibarən qüvvəyə minəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...