Modern.az

TƏBİB rəsmisi: “Tibb işçiləri iki cəbhədə mübarizə aparırlar”

TƏBİB rəsmisi: “Tibb işçiləri iki cəbhədə mübarizə aparırlar”

Aktual

19 Noyabr 2020, 14:24

“Qələbə bayramı bir gözümüzlə gülüb, bir gözümüzlə ağladığımız bayramdır. Bu günlərdə bütün tibb işçiləri iki cəbhədə mübarizə aparırlar”.

Modern.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələtini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.

Y.Qarayeva qeyd edib ki, bu gün dünyada koronavirusa yoluxanların sayı 56 milyonu, ölənlərin sayı 1 milyonu keçib:

"Gün ərzində 2 minin üzərində yoluxmanın qeydə alınması ilə səhiyyə sistemi yüklənir. Bugünədək modul tipli xəstəxanalar fəaliyyət göstərir, xaricdən mütəxəssislər bizə yardıma gəlib. Amma bununla belə yoluxma artdıqca, səhiyyə yükün altında əziyyətə düşür. Biz hələ də müharibədə yaralanmış əsgərlərimizə xidmət etməyə davam edirik. Yəni müharibənin bitməsilə yaralarımız tam sağalmayıb".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu