Modern.az

Goranboyda əsgər ailəsi üçün təsərrüfat yaradılır

Goranboyda əsgər ailəsi üçün təsərrüfat yaradılır

Aktual

27 Dekabr 2020, 12:45

Goranboy rayonu, Xoylu kənd sakini Həsənov Vüsal Elbrus oğlu ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən qəhrəmanlarımızdan biridir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, hazırda da hərbi xidmətini davam etdirir.

 

Vüsalgilin ailəsi 3 nəfərdən ibarətdir: özü, anası və qardaşı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları əsgərin anası və qardaşı ilə görüşüb, ailənin yaşayış vəziyyətini öyrəniblər.

 

Vüsalın anası evdar qadındır və işləmək istəmir. Qardaşı 21 yaşlı Röyal isə anasını evdə tək qoyub işə çıxmaq istəməsə də, iribuynuzlu heyvandarlıq üzrə özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib.

 

Onun istəyi nəzərə alınaraq qeydiyyatı aparılıb və özünüməşğulluq proqramı çərçivəsində yaxın günlərdə ailə  üçün heyvandarlıq  təsərrüfatı qurulacaq.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV