Modern.az

Naftalanda karantini pozan oyun zalı aşkarlandı - FOTO

Naftalanda karantini pozan oyun zalı aşkarlandı - FOTO

Aktual

27 Dekabr 2020, 20:59

Naftalan şəhərində xüsusi karantin qaydalarını pozan oyun zalı aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Naftalan şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində şəhər ərzisində Siyavuş Verdiyevin qanunsuz olaraq, icarə əsasında  “play station” salonu işlətdiyi məlum olub. Obyektə baxış zamanı 6 nəfərin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. Obyektin sahibi S. Verdiyev və müştərilər saxlanılaraq ŞPŞ-nə gətiriliblər. 

 

Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Şöbəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV