Modern.az

Erkan Özoral sabah Azərbaycanı tərk edəcək

Erkan Özoral sabah Azərbaycanı tərk edəcək

Aktual

15 Aprel 2021, 13:02

Türkiyənin Azərbaycanda diplomatik fəaliyyəti başa çatan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral sabah Bakını tərk edəcək.

 

Modern.az xəbər verir ki, diplomat aprelin 16-da ölkəsinə qayıdacaq.

 

E.Özoral 2016-cı ildən Türkiyənin Azərbaycandakı səfiri vəzifəsində çalışıb. Onun səlahiyyət müddəti bu ay başa çatıb.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana səfir təyin olunub.

 

Yeni səfirin yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!