Modern.az

Messi imzalı forması ilə 50 min doza peyvənd aldı

Messi imzalı forması ilə 50 min doza peyvənd aldı

Aktual

15 Aprel 2021, 21:21

“Barselona”nın ulduz futbolçusu Lionel Messi könüllü olaraq Cənubi Amerika futbolçuları üçün koronavirus peyvəndinin alınmasında köməklik göstərib. 

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, argentinalı hücumçu bu yay keçiriləcək Amerika Kuboku ərəfəsində bütün Cənubi Amerika futbolçularını peyvənd etmək kampaniyasında iştirak edib.

 

Argentinalı oyunçu çinin əczaçılıq şirkəti olan “Sinovac”a öz imzalı formalarını bağışlayıb və bundan sonra 50 min doza vaksin alınıb.

 

Qeyd olunur ki, razılaşma Uruqvay Prezidenti Luis Lakal Pounun vasitəçiliyi ilə rəsmiləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı