Modern.az

Ukrayna nüvə silahının geri qaytarılmasını istəyir

Ukrayna nüvə silahının geri qaytarılmasını istəyir

Aktual

15 Aprel 2021, 22:30

“Qərb Ukraynanın nüvə silahını öz sərəncamına qaytarmasına kömək etməlidir”.

 

Modern.az xəbər verir ki, bu sözləri “Deutschlandfunk” radiostansiyasına müsahibəsində Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik deyib.

 

“Bəlkə də, nüvə statusu barədə düşünməyə dəyər”, - deyə o bildirib.

 

Daha sonra A.Melnik sosial şəbəkə hesabında Ukraynanın Almaniyanın hərbi dəstəyinə, həmçinin tezliklə NATO-ya üzv olmağa ehtiyacı olduğunu qeyd edib.

 

Melnikin sözlərinə görə, ölkə NATO-ya qəbul edilməyəcəyi halda öz nüvə statusunu qaytarmalıdır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı