Modern.az

Zərif bu ölkəyə səfərini ləğv etdi

Zərif bu ölkəyə səfərini ləğv etdi

Aktual

15 May 2021, 14:00

İranın xarici işlər naziri Cavad Zərif Avstriya səfərini ləğv edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, buna sözügedən ölkənin İsrailə göstərdiyi dəstək səbəb olub.

 

Məlumatı Avstriya XİN də təsdiqləyib. Bildirib ki, mayın 15-də İran xarici işlər naziri Cavad Zərifin Vyanya səfəri planlaşdırılırdı, o, avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşəcəkdi, lakin iranlı nazir səfəri ləvğ edib.

 

Qeyd edək ki, Qəzza zolağında baş verənlərlə əlaqədar Təl-Əvivlə həmrəylik əlaməti olaraq Avstriya Kanslerinin Ofisi yerləşən binada və Avstriya Xarici İşlər Nazirliyinin binasında mayın 14-də İsrail bayraqları qaldırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı