Bugünlərdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı partiyanın fəal gənclərinin və rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan Türkiyəli gənclərlə Çağdaş Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Müasir Azərbaycan Dövlətinin qurucusu Heydər Əliyevin xatirəsinə həsr edilmiş Biz Birlikdə Güclüyük: Azərbaycan -Türkiyə Gəncliyi” adlı video-konfrans keçirilib.
Modern.az xəbər verir ki, konfransda Millli Məclisin sədri, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Azərbaycan və Türkiyədən olan gənclər iştirak ediblər.
Deputat Məlahət İbrahimqızı bildirilib ki, may ayı Azərbaycan və Türkiyə xalqlarının tarixində çox əlamətdar aylardan biridir. Məhz may ayında bu iki qardaş xalq böyük sevgi və minnətdarlıqla Çağdaş Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Müasir Müstəqil Azərbaycan Dövlətinin Qurucusu Heydər Əliyevin xatirəsini yad edirlər. Əsrlər ötəcək, qərinələr bir birini əvəz edəcək lakin xidmətləri ilə əbədiyaşarlıq qazanmış bu iki Öndər daima ehtiramla anılacaq. Qeyd etmək lazımdır ki, M.K. Atatürkün , həm də Heydər Əliyevin bütövlükdə türk xalqlarının qarşısında misilsiz xidmətləri olub.
M.İbrahimqızının virğulayıb ki, məhz XX əsrin əvvəlində M. K. Atatürkün və XX əsrin son onilliklərində isə Heydər Əliyevin əvəzolunmaz fədakarlıqları bugün olduğu kimi gələcək nəsillər üçün də nümunədir. Atatürkün Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimiz fikirlərini XX əsrin 90-cı illərində Heydər Əliyev Bir Millət İki dövlət fikirləri ilə tamamlayaraq bizlər üçün, gələcək nəsillər üçün mükəmməl yol xəritəsi müəyyənləşdirib.
Deputatın sözlərinə görə bu mənada son 20 ilə nəzər salsaq, Azərbaycan-Türkiyə münasibətləri hər iki dövlətin Liderlərinin öndərliyi ilə ən yüksək səviyyəyə çatmışdığının şahidi olarıq. Bugün müstəqil Türk dövlətlərinin ildən-ilə bir-birinə daha sıx inteqrasiya etmə səbəbi də məhz Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığından qaynaqlanır. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən 20 mayda keçirilmiş “Biz Birlikdə Güclüyük: Azərbaycan-Türkiyə Gəncliyi” adlı tədbiri də məhz bu iki qardaş xalqın gənclərinin bu gün və gələcəkdə birgə fəaliyyətinə və vəzifələrinə həsr olunmuşdur. Video-konfransda YAP Nəsimi rayon gəncləri və Nəsimi rayon ərazisində yerləşən ali məktəblərdə təhsil alan Türkiyəli gənclər iştirak etmişdir. Video-konfransda təqdim edilmiş video çarx da əbədi qardaşlığın və dostluğun təcəssüm etdirmişdir. Video konfransda giriş sözü ilə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Azərbaycan-Türkiyə qardaşlığından və onun bugünku vəziyyəti haqqında ətraflı danışdı. O, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində Türkiyənin, Türk xalqının , onun Prezidenti hörmətli Rəcəb Təyyub Ərdoğanın eləcə də , bütün dövlət rəsmilərinin təcavüzkar Ermənistan dövləti ilə mübarizədə hər an Azərbaycan xalqının yanında olduğunu əməli fəaliyyətlə göstərməklə bir daha sözün əsil mənasında bütün dünyaya qardaşlıq nümunəsi nümayiş etdirmişlər. Millət vəkili Məlahət İbrahimqızı TC-nin Prezidenti möhtərəm cənab R.T.Ərdoğanla Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev arasındakı sarsılmaz dostluq və qardaşlığın gələcək nəsillərə örnək olmasını xüsusi vurğulanıb.
Video-konfransda Turkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfiri hörmətli Cahit Bağçı çıxış edərək dünyada və bölgədə getdikcə artan qlobal təhlükələrə qarşı mübarizədə Türkiyə-Azərbaycan gənclərinin vəzifələrindən və məsuliyyətindən danışıb.
Video-konfransda iştirak edən Gunay Vəlizadə, Bekir Enes, Elxan Verdiyev, Benan Yücelik, Nailə Əhmədova, Kardelen Göksoy, Berkay Şahan və Fidan Həsənli və digər Türkiyə və Azərbaycan gəncləri çıxış edərək, Azərbaycan və Türkiyə əlaqələrinin bundan sonra da bütün sahələrdə daha sürətlə inkişaf etdirilməsində var qüvvələri ilə çalışacaqlarına söz veriblər.