Modern.az

Bu əlillərin pensiyası ləğv ediləcək - Nazirlik araşdırmalara başladı

Bu əlillərin pensiyası ləğv ediləcək - Nazirlik araşdırmalara başladı

Aktual

21 May 2021, 12:47

Azərbaycanda əlilliyin ümumi göstəricisi əhaliyə nisbətdə 6 faiz təşkil etsə də, pensiya sistemində bu 30 faiz təşkil edir.

 

Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Mətanət Məmmədova deyib.

 

Onun sözlərinə görə, bu digər ölkələrin təcrübəsi ilə nisbətdə həddindən artıq böyük rəqəm təşkil edir:

 

"Son illərdə 7 mindən çox saxta əlillik aşkarlanıb və ləğv edilib. Bu işlər mütəmadi olaraq aparılır və aparılacaq. Bizim istiqamətimiz bundan ibarətdir. Bu, sosial sahədə aparılan islahatların bir növüdür. Biz istəyirik ki, kimin haqqıdırsa, onların əlillik təyinatı aparılsın, Sui-istifadə halları aradan götürülsün”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi