Modern.az

Bakıda keçirilən icazəsiz aksiyanın qarşısı alındı

Bakıda keçirilən icazəsiz aksiyanın qarşısı alındı

Aktual

21 May 2021, 16:45

Bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb: "Saxlanılan yoxdur".

 

Qeyd edək ki, bu gün Nəsimi rayonu ərazisində bir qrup şəxsin qanunsuz aksiya keçirməsinin qarşısı alınıb. Söhbət metronun 28 May stansiyası yaxınlığındakı ərazidən gedir. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia