Modern.az

Aqarunova həsr olunmuş beynəlxalq poçt markası buraxıldı

Aqarunova həsr olunmuş beynəlxalq poçt markası buraxıldı

Aktual

21 May 2021, 16:50

Niderland Krallığının Amsterdam şəhərində yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş beynəlxalq poçt markası buraxılıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, “Azərbaycanın inciləri” layihəsi çərçivəsində gerçəkləşdirilən markanın üzərində I Qarabağ müharibəsi zamanı Şuşanın müdafiəsi uğrunda həlak olan etnik yəhudi Albert Aqarunovun şəkli təsvir edilib. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.

 

Qeyd edək ki, bundan öncə sözügedən layihə çərçivəsində dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə, “Xarı bülbül” çiçəyinə, Xalq rəssamı Sakit Məmmədovun əsərlərinə həsr olunmuş poçt markaları buraxılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia