Azərbaycanda son sutkada 33102 nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 21393 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 11709 nəfərdir.
Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1924805 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 189886 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 834919 nəfərdir.