Modern.az

AFFA 3 futbolçunu milliləşdirdi

AFFA 3 futbolçunu milliləşdirdi

Aktual

21 May 2021, 18:53

AFFA daha 3 futbolçunu milliləşdirib.

 

Modern.az xəbər verir ki, Azərbaycan yığmasının qarşıdakı təlim-məşq toplanışına yeni simalar dəvət edilib.

 

“Sumqayıt”ın iranlı müdafiəçisi Höccət Haqverdi və ukraynalı yarımmüdafiəçisi Murad Xaçayev ilk dəfə millimizə dəvət olunub. Həmçinin Ukraynanın “Minay” klubunda çıxış edən Rüstəm Əhmədzadənin də milliləşdirilməsi rəsmiləşib.

 

Həmçinin “Sumqayıt”ın qapıçısı Aydın Bayramov da yığmamızda debüt etmək imkanı qazanıb.

 

Qeyd edək ki, komandamız mayın 27-də Türkiyə, iyunun 2-də Belarus, 6-da isə Moldova ilə yoldaşlıq görüşü keçirəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi