Bu mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq Serxio Aquero "Barselona" ilə müqavilə imzalayacaq.
Modern.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrizio Romano özünün tvitter hesabında yazıb. O, 32 yaşlı hücumçunun 2023-cü ilədək müqaviləyə qol çəkəcəyini bildirib.
Məlumata görə, "Barselona" klubu argentinalının transferinu yaxın günlərdə açıqlayacaq.
Fabrizio Romano "Barselona"nın daha bir transferi barədə də xəbər verib. Onun sözlərinə görə, Kataloniya təmsilçisi "Olimpik Lion"un hücumçusu Memphis Depayın transferinə də çox yaxındır.