Heydər Əliyev prospekti-Hava limanı yolunda (Yeni Ramanıya dönən hissədə Mərdəkan istiqamətində) nəqliyyat vasitəsi aşıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata əsasən, qəza səbəbindən hazırda hər iki istiqamətdə sıxlıq müşahidə edilir.