Ermənistanda son sutkada koronavirusa 181 yoluxma qeydə alınıb.
Modern.az xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 221 880-a çatıb. Ermənistanda son sutkada daha 15 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 386-ya yüksəlib.
Qeyd edək ki, koronavirusa yoluxan 210 835 pasiyent sağalıb. Hazırda 5 586 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
Fidan İlqar