Modern.az

Ötən gün 44 yanğın olub, 5 nəfər xilas edilib

Ötən gün 44 yanğın olub, 5 nəfər xilas edilib

Aktual

22 May 2021, 12:51

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 44 yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfər xilas olunub, həmçinin Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş vermiş yanğın zamanı 14 nəfər bina sakini yanğından təhlükəsiz əraziyə təxliyə edilib.

Sizə yeni x var
Keçid et
ŞOK video yayıldı! İran Xudafərini nişan aldı - Sensasion iddia