Modern.az

Gürcüstan baş nazirindən azərbaycanlılara təbrik

Gürcüstan baş nazirindən azərbaycanlılara təbrik

Aktual

22 May 2021, 13:45

İrakli Qaribaşvili azərbaycandilli “Gürcüstan” qəzetini 100 illiyi münasibətilə təbrik edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin təbrik məktubu nəşrin bugünkü sayında dərc olunub.

 

Hökumət başçısı qeyd edib ki, qəzet bir əsrdir ənənəsinə sadiq qalaraq azərbaycandilli əhaliyə layiqincə xidmət edir.

 

Məktubda deyilir:

“Gürcüstan” qəzeti ölkənin çoxmədəniyyətli cəmiyyətinə, qardaşlıq və qarşılıqlı hörmətə böyük töhfə verir. Əminəm ki, nəşr bundan sorna da işini şərəflə davam etdirəcək və biz birgə səylərlə güclü, demokratik və vahid Gürcüstan qura biləcəyik”.

Eyni zamanda, nəşrin sələfi olan “Kommunist” adlı qəzetin ilk sayı 1921-ci ilin martında işıq üzü görüb. Qəzet daha sonra “Yeni fikir”, “Yeni kənd” və “Sovet Gürcüstanı” adlandırılıb, 1990-cı ilin noyabrın 15-dən isə “Gürcüstan” adı ilə nəşr olunur.

 

 

Fidan İlqar

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı