Modern.az

Ferstappen Monako trasında qalib oldu

Ferstappen Monako trasında qalib oldu

Aktual

23 May 2021, 22:35

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula 1” üzrə Monako Qran-prisinin qalibi olub.

 

Modern.az TASS-a istinadla xəbər verir ki, o, ümumi hesabda 105 xal toplayaraq, turnir cədvəlində “Mercedes” pilotu Luis Hemiltonu qabaqlayıb. Britaniyalı idmançı Monakoda finişə yeddinci çatıb.

 

Podiumda ikinci pilləni “Ferrari” komandasından Karlos Sayns, üçüncü yeri isə “Maklaren”li Lando Norris tutub.

 

Qeyd edək ki, Ferstappen karyerası ərzində ilk dəfə Monako trasında qalib gəlib.

 

Ötənilki yarış pandemiya səbəbindən ləğv olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!