Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyində yeni təyinatlar olub.
sədr müavini təyin edilib.
Modern.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncam ilə Zaur Əvəz oğlu Ələkbərov Dövlət Ehtiyatları Agentliyində sədr müavini təyin edilib.
Xatırladaq ki, dövlət başçısının ötən gün imzaladığı Sərəncamla Səbuhi Sadıqov Dövlət Ehtiyatları Agentliyinə sədr təyin olunub.
Yeni nazir müavini Z.Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.
Dosye: Zaur Əvəz oğlu Ələkbərov 1986-cı ildə anadan olub.
2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, 2008-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib. 2017-ci ildə İsveçrənin IMD Biznes Məktəbində biznesin idarə olunması üzrə MBA dərəcəsini əldə edib. 2020-ci ildə Harvard Universitetinin John Kennedy adına Hökumət Məktəbində dövlət idarəçiliyi üzrə təhsil alıb.
Əmək fəaliyyətinə 2004-cü ildə “Unibank” KB-da başlayıb, bankın beynəlxalq əlaqələr və xəzinədarlıq istiqamətlərində çalışıb. 2009–2015-ci illərdə “Bank Respublika” ASC-də filial direktoru və digər rəhbər vəzifələrdə fəaliyyət göstərib.
2016-2018-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Korporativ Biznes Departamentinin direktor müavini, 2018–2024-cü illərdə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri vəzifələrində çalışın.
Azərbaycan Prezidentinin 2024-cü il 28 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.
Dövlət başçısının 2026-cı il 3 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, 2 övladı var.