Modern.az

Əbu-Dabi Azərbaycanı "Yaşıl siyahı"ya əlavə etdi

Əbu-Dabi Azərbaycanı

Aktual

24 May 2021, 00:36

Azərbaycan Əbu-Dabinin turistlər üçün nəzərdə tutulan "Yaşıl siyahı"sına əlavə edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti məlumat yayıb.

 

Məlumata əsasən, Azərbaycandan gələn sərnişinlər Əbu-Dabiyə endikdən sonra məcburi karantin tədbirlərindən azad edilir və yalnız Əbu-Dabi hava limanına çatdıqdan sonra PZR testindən keçməlidirlər.

 

 

 

Mayın 23-ü yenilənən "Yaşıl siyahı"ya artıq 29 fərqli yer daxildir. Aprelin 25-dən qüvvədə olan əvvəlki "Yaşıl siyahı" ilə müqayisədə siyahıya Azərbaycandan əlavə, Almaniya, Qırğızıstan, Moldova, İspaniya və ABŞ da əlavə edilib.

 

Mədəniyyət və Turizm Departamenti "Yaşıl siyahı"nın yalnız BƏƏ-yə sərnişinlərin gəldiyi yerlərə aid olduğunu, vətəndaşlığa aid olmadığını da açıqlayıb. Siyahı BƏƏ cəmiyyətinin rifahını təmin etmək üçün ciddi sağlamlıq və təhlükəsizlik meyarları əsasında yenilənir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...