Modern.az

"Yuventus"un bəxti gətirdi

Aktual

24 May 2021, 01:03

İtaliya A Seriyasının son turunda UEFA Çempionlar Liqasına vəsiqə verən bütün 4 vəsiqənin taleyinə aydınlıq gəlib.

 

Modern.az xəbər verir ki, turun mərkəzi görüşü "Atalanta" və "Milan" arasında keçirilib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:0.

 

Bununla da "Milan" xalını 79-a çatdıraraq, gümüş medalçı olub. 78 xala malik "Atalanta" isə 3-cü pilləyə enərək, bürünc mesalla kifayətlənib.

 

Daha 2 diqqətçəkən qarşılaşma 4-cü yerin sahibini tapması baxımından önəmli olub. "Napoli" öz meydanında "Verona" ilə 1:1 hesablı heç-heçə edərək, 77 xalla 5-ci pilləyə enib. Əvəzində "Yuventus" səfərdə "Bolonya"nı 4:1 hesabı ilə darmadağın edərək, 78 xalla 4-cü pilləyə yüksəlib. Nəticədə Turin komandası "İnter", "Milan" və "Atalanta" ilə birgə Çempionlar Liqasına yüksəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı