Modern.az

İki rayonda yanğın oldu

İki rayonda yanğın oldu

Aktual

24 May 2021, 08:38

Göygöl rayonunda ümumi sahəsi 50 m² olan yeməkxananın yanar konstruksiyaları yanıb.

 

Bu barədə Modern.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, yaxınlıqdakı avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Eyni zamanda, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı