Modern.az

Məmmədyarov bu gün Aronyanla qarşılaşacaq

Məmmədyarov bu gün Aronyanla qarşılaşacaq

Aktual

24 May 2021, 12:14

Şahmat üzrə Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsində bu gün növbəti 5 tur keçiriləcək.

 

Modern.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov “The FTX Crypto Cup”un VI turunda bir-birinə rəqib olacaq. Rəcəbov ağ, Məmmədyarov isə qara fiqurlarla oynayacaq.

 

VII turda Məmmədyarovu qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyana qarşı oyun gözləyir. Rəcəbov isə ağ fiqurlarla rusiyalı Yan Nepomnyaşinin müqavimətini qırmağa çalışacaq.

 

Azərbaycan şahmatçılarının bugünkü görüşlərinin təqvimi belədir:

 

VI tur

 

Teymur Rəcəbov - Şəhriyar Məmmədyarov

 

VII tur

 

Şəhriyar Məmmədyarov - Levon Aronyan (Ermənistan)

Yan Nepomnyaşi (Rusiya) - Teymur Rəcəbov

 

VIII tur

 

Teymur Rəcəbov - Uesli So (ABŞ)

Şəhriyar Məmmədyarov - Yan Nepomnyaşi (Rusiya)

 

IX tur

 

Uesli So (ABŞ) - Şəhriyar Məmmədyarov

Maksim Vaşye-Laqrav (Fransa) - Teymur Rəcəbov

 

X tur

 

Teymur Rəcəbov - Alan Piçot (Argentina)

Şəhriyar Məmmədyarov - Maksim Vaşye-Laqrav (Fransa)

 

İlk 5 turdan sonra Teymur Rəcəbov 3 xalla 5-ci, Şəhriyar Məmmədyarov isə 1,5 xalla 14-cüdür.

 

Qeyd edək ki, yarış 23 - 31 mayda gerçəkləşəcək. Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoindir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı