Modern.az

Şəmkirdə iki bacı bıçaqlandı

Şəmkirdə iki bacı bıçaqlandı

Aktual

26 May 2021, 21:06

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

 

Modern.az xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində qeydə alınıb.

 

33 yaşlı Süleymanova Şəhla və Tağıyeva Şəlalə bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal hər iki xəstə əməliyyat olunub, vəziyyətlərinin kafi olduğu bildirilir.

 

Hadisəni törədən şəxs bacılardan birinin – 1987-ci il təvəllüdlü Tağıyeva Şəlalənin keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Gürzal Alıyevdir.

 

Faktla bağlı araşdırma aparılır (apa).

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!